İtaliyanın paytaxtı Romada yerləşən Spin Time Labs sosial yardım mərkəzində baş verən yanğından sonra binanın polis tərəfindən boşaldılması nəticəsində 400-ə yaxın insan evsiz qalıb.
Hadisədən sonra təhlükəsizlik yoxlamaları aparılacağı bildirilsə də, binaya girişə hələ də icazə verilmir. Nəticədə aralarında uşaqlar, yaşlılar və əlillərin də olduğu sakinlər bir həftədən çoxdur ki, küçədə qurduqları çadırlarda yaşayırlar.
Məsələ İtaliya hökuməti ilə Roma bələdiyyəsi arasında mübahisəyə səbəb olub. Roma bələdiyyəsi evsiz qalan şəxslərə ərzaq, yataq və tibbi yardım göstərir, eyni zamanda problemin həlli üçün müxtəlif variantları nəzərdən keçirir.
Hadisə ilə bağlı bir sıra tanınmış italiyalı yazıçı və incəsənət xadimləri də sakinlərin binaya qaytarılması və ya onlara alternativ yaşayış yeri ayrılması çağırışı ediblər.
Prestij.media
















