Çinin texnologiya nəhəngi Xiaomi-nin təqdim etməyə hazırlaşdığı Redmi Note 17 seriyası ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Sızdırılan detallara görə, yeni smartfonlar güclü prosessorlar, yüksək keyfiyyətli kameralar və rekord səviyyədə batareya tutumu ilə orta seqmentdə ciddi rəqabət yaradacaq.
Məlumata əsasən, standart Redmi Note 17 modeli Snapdragon 6 Gen 5 prosessoru ilə təchiz olunacaq. Seriyanın ən güclü versiyası hesab edilən Redmi Note 17 Pro Max modelində isə Dimensity 7500 prosessorunun istifadə ediləcəyi bildirilir.
Kamera tərəfində Redmi Note 17 modelinin 50 MP əsas kamera ilə, Pro Max versiyasının isə 200 MP sensorla təqdim olunacağı qeyd edilir. Hər iki cihazın 1.5K təsvir keyfiyyətinə malik düz OLED ekranla gələcəyi gözlənilir.
Ən diqqətçəkən yenilik isə batareya tutumudur. Sızan məlumatlara görə, Redmi Note 17 modeli 9.000 mAh, Pro Max versiyası isə 10.000 mAh batareya ilə təchiz olunacaq. Yeni seriyanın iyul-avqust aylarında rəsmi olaraq təqdim ediləcəyi gözlənilir.
Prestij.media
















