Apple-ın sentyabr ayında təqdim edəcəyi gözlənilən iPhone 18 Pro və iPhone 18 Pro Max modellərinin qiymətinin əvvəlki nəsillə müqayisədə təxminən 200 dollar bahalaşacağı iddia olunur.
Prestij Media xəbər verir ki, analitiklərin fikrincə, şirkət yaddaş (RAM) təchizatında yaranan problemlər və artan istehsal xərcləri səbəbindən yeni “Pro” modellərində qiymət artımına gedə bilər.
Məlumata görə, Apple son günlər Mac və iPad modellərinin qiymətlərini artırsa da, iPhone-ların qiymətini hələlik dəyişməyib. Şirkətin bu artımı yeni iPhone modellərinin təqdimatı zamanı tətbiq edəcəyi gözlənilir.
Bundan başqa, iPhone Ultra adlandırılması gözlənilən ilk qatlana bilən iPhone modelinin başlanğıc qiymətinin 2 500 dollar olacağı proqnozlaşdırılır.
















