Meta şirkətinə məxsus olan Instagram, Facebook və WhatsApp platformalarında dünya üzrə giriş və istifadə problemləri qeydə alınıb.
Məlumata görə, bəzi istifadəçilər tətbiqlərə daxil ola bilmir, digərləri isə paylaşımları görüntüləməkdə və faylları yükləməkdə çətinlik yaşayır. Xüsusilə WhatsApp üzərindən göndərilən sənəd və media fayllarının açılmaması ilə bağlı şikayətlər artıb.
Problemin bir çox ölkədə müşahidə olunduğu bildirilsə də, Meta tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Prestij.media
















