Şri-Lankada evin həyətində quyu qazıntısı aparan işçilər təxminən 510 kiloqram ağırlığında ulduz sapfirlərindən ibarət nəhəng daş kütləsi aşkar ediblər. Təxminən 2,5 milyon karat ağırlığında olan tapıntı Ratnapura bölgəsində üzə çıxarılıb.
Daşlar təhlükəsizlik səbəbindən adı açıqlanmayan zərgərlik tacirinin mülkündə tapılıb. Onların təmizlənməsi bir ildən çox vaxt aparıb. Kütlədən ayrılan bəzi parçaların açıq mavi rəngli və yüksək keyfiyyətli ulduz sapfirləri olduğu müəyyənləşdirilib.
“Serendipity Sapphire” adlandırılan tapıntının dəyərinin 100 milyon dollara çata biləcəyi ehtimal olunur. Lakin onun dünyanın ən böyük ulduz sapfiri nümunəsi olması və yekun dəyəri hələ müstəqil beynəlxalq ekspertlər tərəfindən təsdiqlənməyib.
Prestij.media
















