Uzun müddətdir oyunsevərlərin səbirsizliklə gözlədiyi GTA 6-nın müxtəlif ölkələrdə satış qiymətləri məlum olub. PlayStation Store məlumatlarına əsasən, oyunun Standard Edition versiyası ölkələr üzrə fərqli qiymətlərlə təqdim edilir və ən ucuzla ən baha qiymət arasında təxminən 49 dollarlıq fərq var.
Məlumata görə, GTA 6-nın ən sərfəli satıldığı ölkə Cənubi Koreyadır. Burada oyun 89 800 von (təxminən 58,07 ABŞ dolları) qiymətinə təklif olunur. Ən yüksək qiymət isə İsraildə qeydə alınıb. Bu ölkədə oyunun qiyməti 319 şekel, yəni təxminən 106,88 ABŞ dollarıdır.
Siyahıda Macarıstan, İsveçrə, Norveç, Çexiya, Polşa, Böyük Britaniya, İsveç, Danimarka və Fransa da oyunun ən baha satıldığı ölkələr sırasında yer alır. Ən münasib qiymətlər isə Cənubi Koreyadan sonra Yaponiya, Hindistan, İndoneziya və Honq Konqda qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, oyunların qiyməti yalnız valyuta məzənnəsinə görə müəyyən edilmir. Yerli vergilər, mağaza siyasəti, ölkələrin iqtisadi göstəriciləri, alıcılıq qabiliyyəti və şirkətlərin regional qiymət strategiyaları da son qiymətə ciddi təsir göstərir.
Prestij.media
















