Finlandiyada qurumuş 1500 şam ağacı 2021-ci ildə Saimaa gölünün təxminən 2 metr dərinliyinə yerləşdirilib. Ağaclar suyun dibində qalması üçün kərpiclərlə bərkidilib. Məqsəd onların sualtı canlılar üçün sığınacaq və qida mənbəyi olub-olmadığını araşdırmaq idi.
Üç il sonra aparılan yoxlamalarda ağacların yerləşdirildiyi ərazilərdə canlı orqanizmlərin sayı 10 dəfə, növ müxtəlifliyi isə 5 dəfə artıb. Ağacların üzərində yaranan göbələk və mikroorqanizmlər yeni qida zəncirinin formalaşmasına şərait yaradıb. Yerli balıqçılar da həmin ərazilərdə balıqların artdığını müşahidə etdiklərini bildiriblər.
Tədqiqatçılar hesab edirlər ki, qurumuş ağacların tullantı kimi atılması əvəzinə su ekosistemlərində istifadəsi təbiət üçün faydalı ola bilər. Bununla yanaşı, nəticələrin balıq populyasiyasına təsiri hələ elmi ölçmələrlə tam təsdiqlənməyib.
Prestij.media
















