Fransanın cənub-şərq bölgələrində davam edən isti hava şəraiti və yüksək meşə yanğını riski səbəbindən yeddi vilayətdə qırmızı həyəcan elan olunub.
Pyrenees-Orientales və Herault vilayətlərində alov hələ də tam nəzarət altına alınmayıb. Yanğınlar səbəbindən 26 yaşayış məntəqəsindən ən azı 10 min nəfər təxliyə edilib, beş nəfər isə xəsarət alıb.
Fransa Daxili İşlər Naziri Loran Nünez ölkədə bu yay 11 min hektardan çox ərazinin yandığını açıqlayıb. Yanğınların söndürülməsinə dəstək məqsədilə Avropa İttifaqı dörd yanğınsöndürmə təyyarəsi göndərib.
Prestij.media
















