Prestij.media xəbər verir ki, Yunanıstanda Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı uçuş zamanı alovlanıb. Pilot vəziyyəti nəzarətdə saxlayaraq təyyarəni Zakintos hava limanına təcili endirməyə müvəffəq olub.
İlkin məlumata görə, pilotun səhhətində problem yoxdur. Təyyarənin aldığı zərər araşdırılır. Hadisənin səbəbi hələlik açıqlanmasa da, ilkin ehtimallara görə, nasazlıq eniş qurğusunda baş verib.
















