Prestij.media xəbər verir ki, Kolumbiya millisinin futbolçusu Jaminton Kampas Dünya Kubokunun İsveçrəyə qarşı keçirilən səkkizdəbir final oyunundan sonra ölüm təhdidləri ilə üzləşib.
Görüşün əlavə vaxtının son dəqiqələrində əlverişli qol fürsətindən yararlana bilməyən futbolçunun komandası daha sonra penaltilər seriyasında mübarizəni dayandırıb. Bundan sonra sosial şəbəkələrdə Kampas və ailəsinə qarşı çoxsaylı ölüm təhdidləri səsləndirilib.
Yaranmış təhlükəsizlik səbəbindən futbolçunun Kolumbiyaya qayıtmadığı bildirilir. O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada, heç bir idman nəticəsinin nifrət və zorakılığa bəraət qazandıra bilməyəcəyini vurğulayıb.
Hadisə futbol ictimaiyyətində 1994-cü il Dünya Kubokundan sonra öldürülən kolumbiyalı futbolçu Andres Eskobarın faciəsini yenidən gündəmə gətirib. Həmin vaxt Eskobar ABŞ-la oyunda avtoqol vurduqdan sonra silahlı hücum nəticəsində həyatını itirmişdi.
















