Yaponiyanın avtomobil istehsalçısı Mitsubishi Motors insansı robotların kütləvi istehsalı ilə bağlı yeni layihəyə start verib.
Prestij.media xəbər verir ki, şirkət əvvəlcə robotları öz istehsal xətlərində sınaqdan keçirəcək, daha sonra isə Kioto şəhərindəki zavodunda onların seriya istehsalına başlayacaq. Layihə çərçivəsində istifadə olunmayan istehsal sahələrinin robot zavoduna çevrilməsi nəzərdə tutulur.
Planlara əsasən, robotlar montaj xətlərində materialların daşınması, detalların quraşdırılması və təkrarlanan istehsal proseslərini yerinə yetirəcək. Kütləvi istehsalın 2027-ci ildə başlaması, gələcəkdə isə aylıq 1000-dən çox insansı robotun istehsal edilməsi hədəflənir.
















