Yeni araşdırma göstərib ki, həftədə 90-120 dəqiqə ağırlıq məşqləri etmək erkən ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
30 ildən çox müddəti əhatə edən və 147 mindən artıq insanın iştirak etdiyi tədqiqatın nəticələrinə görə, müntəzəm güc məşqləri edən şəxslərdə hər hansı səbəbdən erkən ölüm riski 13 faiz, ürək-damar xəstəliklərindən ölüm riski isə 19 faiz daha aşağı olub.
Araşdırmada həmçinin demensiya və digər nevroloji xəstəliklərdən ölüm riskinin 27 faiz azaldığı müəyyən edilib. Alimlər ən yaxşı nəticələrin həm aerobik, həm də güc məşqlərini birlikdə yerinə yetirən insanlarda müşahidə olunduğunu bildiriblər.
Mütəxəssislərin sözlərinə görə, ağırlıq məşqləri sümük sağlamlığını gücləndirir, qan şəkərini tənzimləyir, yaddaşı və diqqəti yaxşılaşdırır. Bu səbəbdən güc məşqləri sağlam və uzunömürlü həyat üçün vacib amillərdən biri hesab olunur.
Prestij.media
















