İsrail mətbuatının yazdığına görə, ABŞ İranla bağlı yeni gərginlik ehtimalına qarşı İsraildəki hərbi mövcudluğunu artırmağa hazırlaşır. Hazırda ölkədə təxminən 3 min ABŞ hərbçisinin olduğu bildirilir.
Walla-nın təhlükəsizlik mənbələrinə istinadən yaydığı xəbərə görə, yaxın həftələrdə İsrailə əlavə hərbçilər və hava qüvvələrinə məxsus vasitələrin göndərilməsi gözlənilir. ABŞ hərbçiləri hava hücumundan müdafiə, pilotluq, logistika və digər hərbi fəaliyyətlərdə iştirak edir.
İsrail ordusunun İranla yeni qarşıdurma ehtimalına qarşı hazırlıqlarını davam etdirdiyi, ABŞ Mərkəzi Komandanlığı ilə hərbi koordinasiyanın da saxlanıldığı qeyd olunur.
Bu arada İsrail Baş Qərargah rəisi Eyal Zamirin təhlükəsizlik vəziyyətinə görə ABŞ-a planlaşdırılan səfərini ləğv etdiyi bildirilib.
Prestij.media
















