Türkiyədə Qara dəniz və Mərmərə dənizində aparılan araşdırmalar zamanı satışda olan balıq növlərində mikroplastiklər aşkarlanıb. Tədqiqatlarda palamut, hamsi və istavritlə yanaşı bir sıra digər balıq növləri də yoxlanılıb.
Məlumata görə, Qara dənizdə hamsi və palamutda yad hissəciklərin daha çox toplandığı müəyyən edilib. Mərmərə dənizində isə istavrit, kefal və digər növlər daxil olmaqla 12 balıq növü üzrə aparılan testlərin hamısında mikroplastik izlərinə rast gəlinib.
Mütəxəssislər plastik tullantıların dəniz ekosisteminə və qida zəncirinə təsirindən narahatlıq ifadə edirlər. Mikroplastiklərin balıqlar vasitəsilə insan orqanizminə keçə biləcəyi bildirilsə də, bunun insan sağlamlığına təsirlərinin miqyası əlavə araşdırmalar tələb edir.
Prestij.media
















