Sloveniyadakı Skuta buzlağında ərimə kritik həddə çatıb. Kamnik Alplarında 2532 metr yüksəklikdə yerləşən buzlaq Alp dağlarının ən şərqdəki buzlağı hesab olunur. Təxminən 80 ildir izlənilən buzlaqın qalınlığı əvvəlki onilliklərlə müqayisədə kəskin azalıb.
Mütəxəssislərin məlumatına görə, buzlağın sahəsi əvvəlki 2,5–3 hektardan təxminən 1,5 hektara düşüb. Qarın az yağdığı qışlar və həddindən artıq isti yaylar əriməni sürətləndirib. Mövcud vəziyyət buzlağın yaxın zamanda tamamilə yox ola biləcəyi barədə narahatlıq yaradıb.
Buzlağı qorumaq üçün səthinin 80–90 faizi günəş şüalarının təsirini azaltmaq məqsədilə daş qırıntıları ilə örtülüb. Lakin bu tədbir də ərimənin qarşısını ala bilməyib. Mütəxəssislər süni buzlaqlar yaratmaq kimi alternativ üsulları da araşdırırlar, amma yüksək xərc bu texnologiyaların geniş tətbiqini çətinləşdirir.
Prestij.media
















