“Apple” şirkətinin qatlanan ekranlı “iPhone Duo” modelinin Türkiyədə rəsmi servis təmir qiymətləri açıqlanıb. Zəmanətdənkənar təmir xərcləri bəzi hallarda yeni telefonun qiymətinə yaxınlaşıb.
Modelin yaddaş həcmindən asılı olaraq satış qiyməti təxminən 6 600 dollardan 9 600 dollara qədər dəyişir. Təmir tariflərinə əsasən arxa şüşənin dəyişdirilməsi təxminən 320 dollar, batareya xidməti 370 dollar, arxa kameranın dəyişdirilməsi isə 380 dollar təşkil edir. Xarici ekranın təmiri üçün təxminən 580 dollar tələb olunur.
Ən yüksək məbləğ qatlanan daxili ekranın dəyişdirilməsinə görə müəyyən edilib. Bu təmir təxminən 3 300 dollara başa gəlir. Ana plata və korpusun ciddi zədələnməsini əhatə edən digər təmir işlərinin qiyməti isə təxminən 4 950 dollara çatır.
Prestij.media
















