ABŞ Cənubi Kiprdə hərbi infrastrukturun genişləndirilməsi istiqamətində addımlar atır. Məlumata görə, Limassol yaxınlığındakı Mari dəniz bazasının və Baf şəhərindəki Andreas Papandreou hava bazasının imkanlarının artırılması planlaşdırılır.
Məqalədə bildirilir ki, dəniz bazasının genişləndirilməsinə 205 milyon avro ayrılması nəzərdə tutulur. Layihə başa çatdıqdan sonra bazanın eyni vaxtda 8 hərbi gəmini qəbul edə biləcəyi qeyd olunur. Bafdakı hava bazasının isə Avropa İttifaqının SAFE fondundan ayrıldığı bildirilən 1,2 milyard avro hesabına genişləndirilərək 16 hərbi təyyarə yerləşdirmək imkanına çatdırılması planlaşdırılır.
Yenilənmiş bazalarda ABŞ, Fransa, Yunanıstan və İsrail kimi ölkələrin hərbi texnikasının yerləşdirilməsi, həmçinin Chinook helikopterləri və C-130 nəqliyyat təyyarələrinin qəbul edilməsi imkanlarının yaradılması nəzərdə tutulur.
Prestij.media
















