Səyyar ASAN xidmət avtobusu oktyabrın 1-dən İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 55 ünvanında vətəndaşlara xidmət göstərir.
İsmayıllı rayonunda indiyədək 21 dəfə səyyar avtobus vasitəsilə xidmət təşkil olunub və bu müddətdə 72 830 vətəndaş müraciəti qeydə alınıb. Xidmətlər Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilir.
Hazırda İsmayıllıda fəaliyyət göstərən Səyyar ASAN avtobusunun növbəti dayanacağı Ucar rayonu olacaq. 2013-cü ildən həyata keçirilən layihə çərçivəsində ümumilikdə 3 milyon 427 mindən çox, 2026-cı ildə isə 141 858 vətəndaş müraciəti daxil olub. Səyyar ASAN xidmətin əsas məqsədi dövlət xidmətlərini regionlarda yaşayan vətəndaşlar üçün daha əlçatan və rahat etməkdir.

















