ABŞ-ın Arizona ştatında güclü yağışların yaratdığı 152 metrlik eroziya kanalını bağlamaq üçün qeyri-adi üsuldan istifadə edilib. Könüllülər tullantıya çevriləcək köhnə yolka ağaclarını kanalın içərisinə yerləşdiriblər.
2022-ci ilin sentyabrında əraziyə bir neçə saat ərzində təxminən 9 santimetr yağış yağıb. Güclü sel nəticəsində 152 metr uzunluğunda, 90 santimetr enində və dərinliyində kanal yaranıb.
2023-cü ildən başlayaraq yolkalar kanal boyunca sıx şəkildə düzülüb. Ağacların budaqları suyun sürətini azaldıb və suyun gətirdiyi torpağın kanalda toplanmasına şərait yaradıb. 2024, 2025 və 2026-cı illərdə yeni ağaclar əlavə edilərək təbii baryer gücləndirilib.
Dörd il ərzində ağacların arasına yığılan torpaq və üzvi maddələr nəticəsində kanal tədricən dolmağa başlayıb. Mütəxəssislər bu üsulun ərazidə eroziyanın qarşısını almağa və təbii su yatağının formalaşmasına kömək etdiyini bildirirlər.
Prestij.media
















