Çili və Xorvatiyadan olan tədqiqatçılar qoz və fındıq qabıqlarını çox incə toz halına gətirərək asfaltın tərkibində istifadə etməyin mümkünlüyünü araşdırıblar.
Qabıq tozu asfaltın əsas birləşdirici maddəsi olan bitumla qarışdırılıb. Testlərdə xüsusilə 3 faiz qabıq tozu əlavə edilən nümunələrdə asfaltın qocalması və sərtləşməsinin yavaşladığı, aşağı temperaturda elastikliyin isə artdığı müəyyən edilib.
Tədqiqatçılar bu üsulun kənd təsərrüfatı tullantılarının təkrar istifadəsinə imkan verə biləcəyini bildirirlər. Hazırda araşdırma laboratoriya mərhələsindədir və metodun real yollarda sınaqdan keçirilməsi planlaşdırılır.
Prestij.media
















