ABŞ-ın Kentukki ştatında tərk edilmiş kömür mədənlərinin otlaq sahələrinə çevrilməsi marallar üçün yeni yaşayış məkanı yaradıb. Bölgəyə sonradan gətirilən maralların sayı 13 minə çataraq Qayalı dağların şərqindəki ən böyük vəhşi maral sürüsünə çevrilib.
1997-2002-ci illərdə müxtəlif ştatlardan gətirilən 1 541 maral 16 rayonda əraziyə buraxılıb. Təbii yırtıcıların azlığı və geniş otlaq sahələri nəticəsində onların sayı gözləniləndən daha sürətlə artıb.
Mütəxəssislər isə bu ərazilərin təbii meşə ekosistemini tam bərpa etmədiyini bildirirlər. Marallar üçün açıq sahələrin qorunması məqsədilə bölgədə biçin və nəzarətli yandırma kimi tədbirlər həyata keçirilir.
Prestij.media
















