Sloveniya Üzgüçülük Assosiasiyasının keçmiş prezidenti ASF-də fəaliyyətə başlayıb
Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Gənclər vəİdman Nazirliyinin (GİN), Milli Olimpiya Komitəsinin (MOK), eləcə də Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyiproqramının dəstəyi ilə üzgüçülük təhsili və yerli mütəxəssislərinhazırlanmasına dair bir sıra istiqamətlərin inkişaf etdirilməsi məqsədiilə Boro Ştrumbelj əməkdaşlığa cəlb olunub.
2019–2024-cü illərdə Sloveniya Üzgüçülük Assosiasiyasına rəhbərliketmiş Boro Ştrumbeljin kurasiyası ilə məşqçi və hakimlərinsertifikasiyası və lisenziyalaşdırılması, Azərbaycan İdmanAkademiyasında tədris prosesinin təkmilləşdirilməsi və “ÜzməyiÖyrənək” layihəsinin inkişafı istiqamətində işlər aparılacaq.
Qeyd edək ki, Lyublyana Universitetinin İdman fakültəsinin dosenti olan Boro Ştrumbelj idman elmi, idman diaqnostikası, suda təhlükəsizlik və məşqçi hazırlığı sahələrində geniş təcrübəyə malikdir. O, Avropa Su İdmanı Federasiyasının “Üzməyi Öyrənək” Komissiyasının sədri və həmsədri kimi fəaliyyət göstərib, hazırda isə Sosial Məsuliyyət Komissiyasına rəhbərlik edir.
Beynəlxalq ekspert təcrübəsinin Azərbaycan üzgüçülüyünə cəlb olunması mütəxəssis hazırlığı sisteminin və bu idman növünün gələcək inkişafı naminə mühüm addımlardan biridir.
















