1935-ci ildə şəkər qamışı sahələrindəki zərərvericilərlə mübarizə aparmaq üçün Avstraliyaya gətirilən cəmi 101 qamış qurbağası 90 il ərzində 200 milyona çatıb.
Zəhərli qurbağalar hazırda 1,2 milyon kvadrat kilometrdən çox əraziyə yayılıb və bir çox yerli heyvan növü üçün ciddi təhlükəyə çevrilib. Bəzi bölgələrdə yerli canlıların sayında 90 faizdən çox azalma qeydə alınıb.
Araşdırmalara görə, qurbağaların yayılma sürəti də artıb. Hazırda onların qarşısını tamamilə almaq əvəzinə yerli yırtıcıların bu zəhərli qurbağaları ovlamasına uyğunlaşması üçün müxtəlif üsullar sınaqdan keçirilir.
Prestij.media
















