Şimali Koreyanın Ukraynaya qarşı istifadə edilməsi üçün Rusiyaya yeni ballistik raketlər göndərdiyi bildirilib. Ukrayna kəşfiyyatının məlumatına görə, Rusiyanın arsenalında təxminən 50 ədəd KN-30 raketi var.
KN-30 kimi tanınan raketin Şimali Koreyanın Hwasong-11C modeli olduğu bildirilir. Qatı yanacaqla işləyən və mobil buraxılış qurğusundan atılan raketin ən azı 600 kilometr məsafəyə çata bildiyi qeyd olunur.
Bu raketin Rusiya tərəfindən istifadə edilməsi barədə əvvəl məlumatların olmadığı, KN-23 və KN-24 raketlərinin isə daha əvvəl Rusiyanın arsenalında olduğu bildirilib.
Prestij.media
















