ABŞ və İran arasında Yaxın Şərqdə artan hərbi gərginlik dünya enerji bazarına da təsir edib. Hürmüz boğazında enerji daşımalarının təhlükə altına düşəcəyi ilə bağlı narahatlıqlar fonunda Brent markalı neftin bir bareli 4 faiz bahalaşaraq 79 dollara yüksəlib.
Məlumata görə, İranın Körfəz ölkələrinə qarşı hücumları genişləndirməsi, ABŞ-ın isə yeni zərbələr endirməsi bazarlarda təklifin azalacağı ilə bağlı gözləntiləri gücləndirib. Gəmi izləmə məlumatlarına əsasən, bazar günü Hürmüz boğazından cəmi altı gəmi keçib ki, bu da son beş həftənin ən aşağı göstəricisidir.
Ekspertlər hesab edirlər ki, bölgədə gərginliyin davam etməsi qlobal enerji bazarında qiymətlərin daha da dəyişkən olmasına səbəb ola bilər.
Prestij.media
















