Prestij.media xəbər verir ki, Türkiyənin Dənizli şəhərində yerləşən, təxminən iki min iki yüz illik Hierapolis Antik şəhərindəki “Cəhənnəm qapısı” kimi tanınan Plutonium ərazisinin sirri alimlər tərəfindən izah edilib.
Araşdırmalar göstərib ki, fay xəttindən çıxan yüksək konsentrasiyalı karbon qazı mağaranın dibində toplanır və bu səbəbdən yaxınlaşan canlılar üçün ölümcül təhlükə yaradır. Məhz buna görə qədim dövrdə bu məkan yeraltı aləmə açılan qapı hesab olunurdu.
UNESCO-nun Dünya İrs Siyahısına daxil olan ərazidə aparılan qazıntılar zamanı alimlər təhlükəli qaz səbəbindən xüsusi qoruyucu maskalardan istifadə ediblər. Hazırda burada Hades, Pluton və Kerberosun heykəllərinin nüsxələri ziyarətçilərə nümayiş etdirilir.
















