Prestij.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Sammitində iştirak edən dövlət və hökumət başçılarına adları həkk olunmuş tapança və bir qutu patron hədiyyə etdiyi bildirilib.
Məlumata görə, hədiyyələrin ölkələrə aparılması üçün zəruri gömrük sənədləri də liderlərə təqdim olunub. Bununla yanaşı, liderlərə Ərdoğan haqqında bioqrafik kitab, imzalı məktub və dolma qələm də hədiyyə edilib.
Bildirilib ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin qanunvericiliyinə görə tapançanı qəbul etsə də, onu İngiltərəyə aparmayıb. Kanada isə hədiyyə edilən silahın yararsız hala salındıqdan sonra muzeydə sərgilənməsi variantını nəzərdən keçirir. Türkiyə Prezident Administrasiyası da NATO Sammiti çərçivəsində liderlərə silah hədiyyə edildiyini təsdiqləyib.
















