Kosta-Rikanın La Kruz bölgəsində 28 yaşlı sosial media fenomeni Qabriela Sanarrusia Çavarria və sevgilisi Xorxe İsaak Agüero Korea yaşadıqları evdə silahlı hücuma məruz qalaraq həyatlarını itiriblər.
İlkin məlumata görə, naməlum şəxslər gecə saatlarında evə daxil olaraq cütlüyə yataq otağında yatdıqları vaxt atəş açıblar. Hadisə yerinə gələn tibb işçiləri onların öldüyünü müəyyən ediblər.
Polis hücumdan sonra istifadə edildiyi ehtimal olunan avtomobili hadisə yerindən təxminən 2 kilometr aralıda yanmış vəziyyətdə aşkar edib. İstintaq orqanları avtomobilin sübutları məhv etmək məqsədilə yandırıldığını ehtimal edir.
Kosta-Rikanın Məhkəmə İstintaq İdarəsi hadisənin qarət deyil, sifarişli qətl və ya mütəşəkkil cinayətlə əlaqəli ola biləcəyini araşdırır. Yerli mətbuatda fenomenin daha əvvəl də iki silahlı hücumdan sağ çıxdığı və keçmiş biznes əlaqələrinin narkotik dövriyyəsi ilə bağlı araşdırıldığı bildirilir.
Prestij.media
















