Prestij.media xəbər verir ki, dünyada yalnız Türkiyənin Muğla bölgəsində hasil edilən diaspor (Zultanit) kristalının ehtiyat dəyərinin təxminən 50 milyard dollar olduğu açıqlanıb.
Mütəxəssislərin məlumatına görə, Milas, Yatağan və Kavaklıdərə rayonlarında çıxarılan bu nadir mineral təxminən 60 milyon il ərzində formalaşıb. Yüksək keyfiyyətli diasporun bir tonunun bazar dəyəri 5 milyon dollara çatır. Xüsusi işlənmiş daşların qiyməti isə 100 min dollara qədər yüksələ bilir.
Elmastan 10 min dəfə daha nadir hesab edilən diasporun əsas xüsusiyyəti işıqdan asılı olaraq rəng dəyişməsidir. Gün işığında yaşıl çalarlarda görünən daş, süni işıq altında çəhrayı və qırmızı tonlara keçir.
Son illər bu qiymətli daşa tələbatın artması ilə bazarda saxta məhsulların da çoxaldığı bildirilir. Mütəxəssislər alıcılara yalnız sertifikatlı daşlara üstünlük verməyi tövsiyə edirlər.
















