Prestij.media xəbər verir ki, dünyanın ən varlı iş adamı Elon Maskın sərvəti kəskin azalıb.
Buna səbəb SpaceX şirkətinin səhmlərinin 6,2 faiz dəyər itirməsi olub. Nəticədə Maskın xalis sərvəti 59 milyard dollar azalaraq 994,1 milyard dollara enib. Bununla da o, yenidən 1 trilyon dollar həddindən aşağı düşüb.
Buna baxmayaraq, Elon Mask dünyanın ən zəngin şəxsi statusunu qoruyub saxlayır.
Məlumata görə, son enişdən əvvəl SpaceX səhmləri ardıcıl üç ticarət sessiyasında təxminən 12 faiz bahalaşmışdı. Analitiklər son geriləməni əsasən mənfəət realizasiyası (kâr satışı) ilə əlaqələndirirlər.
Qeyd edək ki, Wedbush Securities analitiki Den Ayvs SpaceX üçün 190 dollar hədəf qiymət müəyyən edib və şirkətin kosmik texnologiyalar, peyk interneti və süni intellekt sahəsində gələcəkdə daha da güclənəcəyini bildirib.
















