Son illərin ən çox gözlənilən oyunlarından biri olan Grand Theft Auto 6 (GTA 6) üçün ön sifarişlərin 25 iyun 2026-cı il tarixində başlayacağı açıqlanıb.
Rockstar Games tərəfindən hazırlanmış oyun ilk dəfə 2023-cü ildə təqdim olunmuş və ilk treyleri böyük maraqla qarşılanmışdı. Oyunun hadisələrinin Vice City (Mayami) şəhərində baş verəcəyi və əsasən iki xarakter üzərində qurulacağı bildirilir.
Məlumata görə, GTA 6-nın rəsmi satış tarixi 19 noyabr 2026 olaraq planlaşdırılır. Ön sifarişlər isə yalnız PlayStation 5 və Xbox Series X/S platformaları üçün açılacaq.
prestij.media
















