Evində pişik və ya it saxlayan və onlarla eyni yataqda yatan insanlarla bağlı yeni elmi araşdırma diqqət çəkib.
Hollandiyanın Utrecht University alimlərinin apardığı tədqiqat göstərir ki, əsas risk mənbəyi mikroblardır. Xüsusilə itlərin yataqda yatması zamanı pəncə, tüklər və tüpürcək vasitəsilə müxtəlif bakteriyaların yatağa keçə bildiyi qeyd olunur.
Araşdırmada Salmonella və E.coli kimi bakteriyaların bu yolla insana keçə biləcəyi ehtimalı vurğulanır.
Digər bir araşdırma isə İrlandiyadakı Trinity College Dublin tərəfindən aparılıb. Nəticələrə görə, ev heyvanı ilə eyni yataqda yatan insanların yuxu keyfiyyətinin daha aşağı olduğu müəyyən edilib.
Mütəxəssislər bildirirlər ki, ev heyvanları ilə yaxın təmas emosional baxımdan faydalı olsa da, gigiyena və yuxu keyfiyyəti baxımından bəzi risklər nəzərə alınmalıdır.
Prestij.Media xəbər verir ki, xüsusilə allergiyası və immun sistemi zəif olan şəxslərin bu məsələdə daha diqqətli olması tövsiyə edilir.
















