ABŞ Prezidenti Donald Trump İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib.
Prestij.media xəbər verir ki, Donald Tramp sosial şəbəkədəki paylaşımında İranın danışıqlara ehtiyac duyan tərəf olduğunu vurğulayıb.
“Danışıqlar aparmağa məcbur olan biz deyildik, İran idi. Onlar artıq çıxılmaz vəziyyətdədirlər. 60 günlük müddətin nəticəsini görəcəyik. İranın maliyyə imkanları demək olar ki, tükənib”, – ABŞ prezidenti qeyd edib.
Xatırladaq ki, daha əvvəl Ayətullah Seyid Müctəba Xamenei ABŞ-ın çarəsizlik səbəbindən İranla danışıqlara getdiyini bildirmişdi. Trampın son açıqlaması isə bu iddialara cavab kimi qiymətləndirilir.
















