Mütəxəssislər ətin düzgün bişirilməməsinin parazitar xəstəliklərə səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Çukurova Universitetinin müəllimi Prof. Dr. Işıl Var bildirib ki, ətin tərkibində parazitlər ola bilər və kifayət qədər bişirilmədikdə bu parazitlər insan sağlamlığı üçün risk yaradır. Onun sözlərinə görə, əsas məsələ bişirmə üsulu deyil, ətin tam şəkildə bişirilməsidir.
Mütəxəssis qeyd edib ki, ətin iç hissəsinin çiy və ya tam bişməmiş qalması parazitlərin məhv olmamasına səbəb olur və bu da müxtəlif xəstəliklərə yol aça bilər.
Var həmçinin salatların yaxşı yuyulmamasının da bakteriya və parazit riskini artırdığını bildirib. O, gigiyena qaydalarına ciddi əməl edilməsinin vacibliyini vurğulayıb.
//prestij.media
















