Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən həyata keçirilən, Çayırova ilə İstanbulun şimal xətti üzərindən Çatalcaya qədər uzanacaq 127 kilometrlik dəmir yolu layihəsi üçün Asiya İnkişaf Bankı 750 milyon dollar kreditin ayrılmasını təsdiqləyib.
Layihə çərçivəsində İstanbulun müxtəlif rayonlarını və Kocaelinin Çayırova rayonunu birləşdirəcək “İstanbul Şimal Dəmir Yolu Keçidi (INRAIL) Projesi” nəzərdə tutulur. Layihənin ümumi dəyərinin 240 milyard 281 milyon 879 min 145 lirə olduğu bildirilir.
Elektriklə işləyən, qarışıq istifadəli xətt həm sərnişin, həm də yük daşımalarına xidmət göstərəcək. Sərnişin qatarlarının saatda 160 km, yük qatarlarının isə 120 km sürətlə hərəkət etməsi planlaşdırılır. Xəttin həm Sabiha Gökçen, həm də İstanbul Havalimanına birbaşa bağlantı təmin edəcəyi qeyd olunur.
Layihə çərçivəsində tikinti mərhələsində təxminən 2 min nəfərin, istismar mərhələsində isə 75 nəfərin məşğulluğu nəzərdə tutulur. İşlərin 2030-cu ilin sonunadək tamamlanması planlaşdırılır.
//prestij.media
















