Bakıda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri təşkil olunub.
Bakı Su İdmanı Sarayında keçirilən yarışda 41 komanda çempionluq uğrunda mübarizə aparıb. Turnirdə həm peşəkar, həm də həvəskar voleybolçular iştirak ediblər. Yarışın qaydalarına əsasən, hər komandanın heyətində bir qadın və bir kişi voleybolçu yer alıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən turnirin yekununda bütün rəqiblərini məğlub edən Tural Həsənli və Xədicə Hadızadə cütü çempion adını qazanıb.
Yarışın sonunda qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Çempionlara tac, diplom və medallarla yanaşı, Azərbaycan Voleybol Federasiyasının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.
Mükafatları VFM Şirkətlər Qrupunun brend meneceri Əli Yusubov və “Fenerbahçe” klubunun Azərbaycandakı idman məktəblərinin direktoru Amin Həmzəyev təqdim ediblər.
















