3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Sumqayıt mərhələsində ilk oyun gününün qarşılaşmaları keçirilib.
Azərbaycanı turnirdə təmsil edən “Neftçi” klubu uğurlu çıxışı ilə diqqət çəkib. Komanda qrup mərhələsində keçirdiyi ilk görüşdə Çinin “Yanjing” klubunu 21:18 hesabı ilə məğlub edib. Bakı təmsilçisi ikinci oyunda isə Çin milli komandası üzərində 15:13 hesablı qələbə qazanıb.
Bu nəticələrlə “Neftçi” qrupunu lider başa vuraraq 1/4 final mərhələsinə vəsiqə əldə edib.
Qeyd edək ki, “Neftçi” 1/4 finalda C qrupunun ikinci pilləsində qərarlaşacaq komanda ilə üz-üzə gələcək.
Prestij.media
















