İsrailin Livana hücumları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını açıqlayıb.
Bu barədə SEPAH-ın “Telegram” kanalında məlumat yayılıb.
“İsrailin Livandakı cinayətləri və ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəliklərini pozması ilə əlaqədar olaraq, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb”, – məlumatda bildirilib.
Vurğulanıb ki, Hörmüz boğazı bağlıdır və gəmilər boğaza yaxınlaşmamalıdır: “Əks halda onların təhlükəsizliyi risk altında olacaq”.
















