• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
14.1° Weather Columbus
$
1.7
€
1.9428
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

21 İyun, 26 / 6:43
A A

Dövlət İmtahan Mərkəzi bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, ikinci cəhd) keçirəcək.

İmtahanda iştirak etmək üçün 2 141 namizəd qeydiyyatdan keçib. Onlardan 1 626 nəfər Azərbaycan, 515 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 899 nəfəri oğlan, 1 242 nəfər qızdır. 332 nəfər cari ilin, 1 023 nəfər əvvəlki illərin məzunudur. 786 nəfər isə növbəti illərdə məzun olacaq. 29 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Binaya mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Hövsanda su təchizatında məhdudiyyətlər tətbiq olunub

İyun 20, 2026
Cəmiyyət

Kitab oxuyan gənclərə dəstək mesajı: Hövsanda nümunəvi görüş baş tutdu – FOTOLAR

İyun 20, 2026
Cəmiyyət

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib

İyun 20, 2026
Cəmiyyət

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

İyun 20, 2026
Cəmiyyət

Azərbaycandan Ermənistana min ton dizel göndəriləcək

İyun 20, 2026
Cəmiyyət

DİN-in Hərbi İnstitutunda növbəti buraxılış olub

İyun 20, 2026

XƏBƏR LENTİ

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçiriləcək

21 İyun, 26 / 6:43

Hövsanda su təchizatında məhdudiyyətlər tətbiq olunub

20 İyun, 26 / 22:39

Azərbaycanlı taekvondoçu Klublararası Avropa çempionatında bürünc medal qazanıb

20 İyun, 26 / 22:03

Bakıda ilk dəfə “Queen & King of the Court Mixed” turniri keçirilib

20 İyun, 26 / 22:01

“AzerGold” əməkdaşları arasında veloyürüş keçirilib

20 İyun, 26 / 21:51

Kitab oxuyan gənclərə dəstək mesajı: Hövsanda nümunəvi görüş baş tutdu – FOTOLAR

20 İyun, 26 / 20:18

Vens: ABŞ tələblərin yerinə yetirilməsi şərtilə İrana iqtisadi təzyiqi azaltmağa hazırdır

20 İyun, 26 / 20:03

Sumqayıtda yaşayış binasında PARTLAYIŞ

20 İyun, 26 / 20:01

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib

20 İyun, 26 / 19:49

Vens İranla danışıqlar üçün İsveçrəyə gedəcək

20 İyun, 26 / 19:42
  • Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2026 Prestij Media - İnformasiya Portalı.