Hatayda beyin şişi diaqnozu qoyulan və həkimlərin yaşamaq şansının az olduğunu bildirdiyi 8 yaşlı Hülya Akar uğurlu əməliyyatdan sonra sağlığına qovuşub.
Prestij.media xəbər verir ki, Hülya Akar 8 ay davam edən müalicə prosesindən sonra Ankarada həyata keçirilən uğurlu əməliyyatla xəstəliyə qalib gəlib. Müalicə dövründə o, kimyaterapiya və şüa terapiyası da alıb.
Ailənin və xeyriyyəçilərin dəstəyi ilə baş tutan müalicədən sonra Hülyanın sağalması sevincə səbəb olub. Onun üçün xüsusi tədbir təşkil edilib və insanlar rəngli şarlar buraxaraq bu qələbəni qeyd ediblər.
Hülya isə “Mən mübarizə apardım və qazandım” sözləri ilə eyni vəziyyətdə olanlara ümid mesajı verib.
















