ABŞ Prezidenti Donald Trampla İtaliyanın Baş naziri Corcia Meloni arasında diplomatik gərginlik yarandığı iddia edilir.
Türkiyə mətbuatında yer alan məlumatlara görə, Tramp İtaliyanın La7 televiziya kanalına müsahibəsində Meloninin G7 sammiti zamanı onunla şəkil çəkdirmək üçün israr etdiyini bildirib. ABŞ liderinin “Mənimlə şəkil çəkdirmək istəyirdi, hətta yalvardı” məzmunlu açıqlamaları İtaliyada narazılıq doğurub.
Məlumatlarda qeyd olunur ki, Corcia Meloni bu iddiaları qəti şəkildə təkzib edərək, Trampın sözlərini “uydurma” adlandırıb. İtaliya Baş naziri ölkəsinin heç kimə yalvarmadığını vurğulayıb.
Bundan əlavə, İtaliyanın xarici işlər naziri Antonio Tayaninin də ABŞ-a planlaşdırılan səfərini ləğv etdiyi bildirilir.
Lakin sözügedən açıqlamalar və diplomatik addımlar barədə hələlik ABŞ və İtaliya hökumətlərinin rəsmi resurslarında təsdiqlənmiş məlumat yayılmayıb.
Prestij.media
















