WhatsApp istifadəçilərin onlayn olub-olmadığını daha rahat görməsinə imkan verəcək yeni funksiya üzərində işləyir.
Yeni xüsusiyyətə əsasən, onlayn olan istifadəçilərin profil şəklinin yanında yaşıl nöqtə görünəcək. Beləliklə, istifadəçilər söhbəti açmadan qarşı tərəfin aktiv olub-olmadığını müəyyən edə biləcəklər.
Hazırda funksiya Android beta versiyasında sınaqdan keçirilir. Yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi hələ açıqlanmayıb.
Prestij Media
















