Turistlərin sıx üz tutduğu istirahət məkanlarından birində baş verən güclü yanğın səbəbindən təxminən 1700 nəfər təxliyə olunub.
Hadisə Dominikan Respublikasının Bayaibe bölgəsində yerləşən otel kompleksində qeydə alınıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, yanğın nəticəsində otelə ciddi ziyan dəyib.
Bildirilib ki, güclü külək alovun qısa müddətdə geniş əraziyə yayılmasına səbəb olub. Təhlükəsizlik məqsədilə oteldə qalan təxminən 1700 turist təxliyə edilib.
Səlahiyyətli şəxslər yanğının başvermə səbəblərinin araşdırıldığını və istintaqın davam etdiyini açıqlayıblar.
Yerli KİV-lərin yaydığı məlumata görə, hadisə zamanı bir italiyalı turist həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Prestij.media
















