İsveçin qərbində istifadəyə verilən Lelångenleden velosiped marşrutu qısa müddətdə təbiətsevərlərin və aktiv istirahət həvəskarlarının marağına səbəb olub.
Prestij.Media xəbər verir ki, 180 kilometrlik marşrut ölkənin qərb sahillərindən başlayaraq göllər və sıx meşələrdən keçir. Yol boyunca velosipedçilər göllərdə üzmək, kanoe ilə gəzmək və meşə düşərgələrində gecələmək imkanı əldə edirlər.
Ailəvi səyahətlər üçün əlverişli hesab edilən marşrut əsasən düz relyefə malikdir və avtomobil hərəkətindən uzaq ərazilərdən keçir. Layihə İsveçdə veloturizmin inkişafına yönəlmiş yeni təşəbbüslərin bir hissəsi hesab olunur.
















