Almaniyanın Bavariya əyalətində qış aylarında yollarda buzlanmanın qarşısını almaq üçün qeyri-adi üsul tətbiq olunur. Turşu istehsalı zamanı artıq qalan duzlu su xüsusi emaldan keçirildikdən sonra avtomobil yollarına püskürdülür.
Tətbiq olunan üsulda duzlu suyun duzluluq səviyyəsi təxminən 21 faizə çatdırılır. Daha sonra qar və şaxta başlamazdan əvvəl xüsusi texnika vasitəsilə asfaltın üzərinə səpilir. Bu üsul yol səthində buz təbəqəsinin yaranmasını çətinləşdirir və adi quru duzla müqayisədə duzun daha səmərəli paylanmasına imkan verir.
Hazırda bu üsul Bavariyada təxminən 240 kilometrlik yol şəbəkəsində istifadə olunur. Tətbiq həm yol xidmətlərinin duz və su sərfiyyatını azaltmağa, həm də turşu fabriklərindən qalan duzlu suya yeni istifadə sahəsi qazandırmağa kömək edir.
Prestij.media
















