Yəməndəki husilər Səudiyyə Ərəbistanında yerləşən bir sıra strateji obyektlərin koordinatlarını və peyk görüntülərini yayımlayaraq həmin ərazilərin yaxınlığında yaşayan sakinlərə təxliyə xəbərdarlığı ediblər.
Paylaşılan görüntülərdə Ər-Riyaddakı Saudi Aramco neft emalı zavodu və Kral Xalid Beynəlxalq Hava Limanı, eləcə də Zəhran şəhərində yerləşən Aramco-nun baş qərargahı göstərilib. Husilər bu obyektlərin ətrafındakı ərazilərin tərk edilməsinə çağırıblar.
Bu addım tərəflər arasında gərginliyin artdığı bir vaxta təsadüf edib. Husilər daha əvvəl Səudiyyə Ərəbistanının Səna şəhərinə qarşı hücumuna cavab verilməyəcəyi təqdirdə yeni hücumlar həyata keçirə biləcəkləri barədə xəbərdarlıq etmişdilər. Son paylaşım bölgədə vəziyyətin daha da kəskinləşə biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Prestij.media
















