ABŞ-ın Texas ştatında içərisində 6 nəfərin olduğu kiçik sərnişin təyyarəsi magistral yola qəzaya uğrayaraq alovlanıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Məlumata görə, təyyarənin hissələri yolda hərəkətdə olan avtomobillərdən birinə dəyib və bir nəfər xəstəxanaya yerləşdirilib.
Federal Aviasiya Administrasiyası bildirib ki, qəzaya uğrayan təyyarə Meksikadan Texasın Ostin şəhərinə uçurdu. Hadisənin səbəbləri araşdırılır.
prestij.media
















