Vyetnamda polis tərəfindən keçirilən əməliyyat zamanı kəsimə göndərilmək üçün oğurlandığı müəyyən edilən 400-dən çox pişik xilas edilib.
Ev heyvanı oğurluqları ilə bağlı aparılan araşdırmalar nəticəsində cinayətkar qruplaşma aşkarlanıb və polis əməliyyatı həyata keçirilib.
Əməliyyat zamanı 400-dən çox pişik xilas olunub, təxminən 80 heyvanın isə ölü olduğu müəyyən edilib. Hadisə ilə bağlı 9 nəfər saxlanılıb.
Məlumata görə, şübhəlilər son üç il ərzində Vyetnamın cənub bölgələrində müxtəlif yerlərdə tələlər quraraq pişikləri toplayıblar.
//Prestij Media
















