ABŞ müdafiə naziri Pit Heqset 2009-cu ildə Fort Hud hərbi bazasında 13 nəfərin ölümünə səbəb olan hücumu törətmiş Nidal Həsənin güllələnərək edam ediləcəyini açıqlayıb. Onun sözlərinə görə, edam prosesinin ictimaiyyətə açıq olması nəzərdə tutulur.
Məlumata görə, ABŞ-da sonuncu açıq edam 1936-cı ildə Kentukki ştatında həyata keçirilib. ABŞ ordusunda güllələnmə yolu ilə son edam isə 1945-ci ildə baş verib. Lakin yeni edamın kimlər üçün açıq olacağı və prosesin televiziya və ya internet üzərindən yayımlanıb-yayımlanmayacağı hələ dəqiqləşdirilməyib.
2009-cu ilin noyabrında baş verən Fort Hud hücumu nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Məqalədə bildirilir ki, Nidal Həsənin edamının dekabrın 3-də həyata keçirilməsi gözlənilir.
Prestij.media
















