Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin Yəməndə İranın dəstəklədiyi husilərə qarşı Səudiyyə Ərəbistanının rəhbərliyi ilə aparılan hərbi əməliyyatlarda iştirak etdiyi bildirilir.
“The New York Times” qəzetinə danışan pakistanlı hərbi rəsmilərin sözlərinə görə, Pakistanın rolu əsasən hava dəstəyi göstərmək və husilərin pilotsuz uçuş aparatları ilə raket təhdidlərini zəiflətməkdən ibarətdir. Əməliyyatlarda neçə təyyarənin iştirak etdiyi və hansı hədəflərin vurulduğu açıqlanmayıb.
Məlumata görə, bu proses Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalandığı bildirilən Məkkə Birgə Müdafiə Sazişi fonunda baş verir. Bundan başqa, ABŞ-ın keçmiş kəşfiyyat analitiki David O. Smith Səudiyyə Ərəbistanında təxminən 8 min pakistanlı hərbçinin yerləşdirildiyini iddia edib. Pakistan ordusu isə məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Prestij.media
















